AZ

PSJ və "Borussiya" yarımfinalda

Tarix: 17 Aprel 2024 01:20

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
"Barselona" evdə PSJ-ni qəbul edib və 1:4 uduzub, "Atletiko" isə səfərdə "Borussiya"nın qonağı olub və 2:4 hesabı ilə məğlub olub.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel
23:00. "Barselona" (İspaniya) - PSJ (Fransa) 1:4 
Qol: Rafinya, 14 - Dembele, 40. Vitinya, 54. Mbappe, 61, 89
Qırmızı: Arauxo, 32
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Barselona, "Olimpik Lyuis Kompanis" stadionu.
İlk oyun - 3:2.
23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atletiko" (İspaniya) 4:2 
Qol: Brand, 34. Matsen, 39. Fyulkruq, 71. Zabitser, 74 - Mats Hummels, 49 (ö.q). Korrea, 64
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Dortmund, "Siqnal İduna Park" stadionu.
İlk oyun - 1:2.
Milli.Az

Seçilən
113
9
Mənbələr
Şərh ()
Bağla