AZ

İsrail ordusu əməliyyat keçirdi —“Hizbullah”ın komandiri öldü

İsrail Hərbi Hava Qüvvələrinin Livanda keçirdiyi əməliyyat nəticəsində “Hizbullah” hərəkatının komandirihəlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Livanın Ayn-Ebel bölgəsinə endirdiyi zərbə nəticəsində “Hizbullah”ın sahil sektorunun komandiri İsmayıl Yusaf Baz öldürüb”, - məlumatda deyilir.

Bildirilib ki, o, Livanın sahil zonasından İsrailə doğru raket buraxılışlarının təşkilində iştirak edib.

Qeyd edək ki, bundan öncə İsrail PUA-sının “Hizbullah” döyüşçülərinin olduğu maşına zərbə endirdiyi barədə məlumat yayılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
26
demokrat.az

10Mənbələr