AZ

Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib – FOTO

Aprelin 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində paytaxt Bakının Nizami rayonunun Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən boş ərazidə ağacəkmə aksiyası həyata keçirilib.

Oxu.Az xəbər verir ki, bu ərazi vaxtilə tikinti materialları və məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilmişdir. “IDEA” İctimai Birliyinin təşəbbüsü və könüllülərin iştirakı ilə həmin ərazi tullantılardan təmizlənib, torpaq qatının tökülməsi ilə rekultivasiya edilib.

Təəssüf ki, bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolağının salınması, yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin yaxşılaşdırılmasına müsbət təsir edir.

Leyla xanım Əliyevanın iştirakı ilə baş tutan budəfəki aksiyada meşə zolağının salınması nəzərdə tutulan ərazinin sahəsi iki hektara yaxındır. Aksiya zamanı 5 Eldar şamı, sərv, tuya, akasiya, zeytun ağacları əkilib və abadlıq işləri aparılıb. Bu ərazidə ağacların səmərəli sulanması və su israfının qarşısının alınması üçün damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.

“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.

DOĞRU.AZ

image-1713287771244587_12x63 image-1713287781199851926_12x63 image-17132877815845282_12x63 image-171328777398293386_12x63 image-171328777122912431_12x63 image-17132877763294827_12x63 image-17132877745724784_12x63

Seçilən
227
45
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26611
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26289
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18127
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
16885
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14390
Sabah 20 dərəcə isti olacaq
9653
May ayında Azərbaycana qar yağdı - VİDEO
8817
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8582
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8485
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8185
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7231
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7144
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6961
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6867
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6553
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6478
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6442
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6029
Azərbaycan nefti ucuzlaşıb
5981
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5861