AZ

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Bakı. Trend:

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmiməlumatlarına əsasən, Hindistanın Andhra Pradeş ştatında,Filippinin Leyte adasında, Amerika Birləşmiş Ştatlarının isə Texasştatında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə Trend-ə QidaTəhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativhəllər şöbəsindən məlumat verilib.

Respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması üçünAndhra Pradeş ştatında, Leyte adasında və Texas ştatında zonalaşmaprinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10kilometr radiusda olan məsafədəki müəssisələrdən diri quş vəinkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalıməhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundanalınan hazır ət məhsullarının (quş qripi viruslarının məhvedilməsini təmin edən termik emala məruz qalan mallar istisnaolmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli,kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yeməlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalıüçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Qurudayaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqətiməhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədiləhəmin inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçibrespublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlədigər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiqtədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciətedilib.

Seçilən
47
15
Mənbələr
Şərh ()
Bağla