Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayon Xok kəndi ərazisindən keçən hissəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, dərhal Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.
“Lifan” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.