AZ

Qvardiola: “Mançester Siti” “Real”a hörmət edir, amma qorxmur”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ÇL-in 1/4 final mərhələsinin “Real”la cavab oyunu ərəfəsində rəqibi haqda danışıb.

Arena.az “Marca” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Real”a çox hörmət edirik, amma qorxmuruq. Əgər onlar dəfələrlə qazandıqları kimi qalib gəlsələr, onları təbrik edib, gələcəkdə uğurlar arzulayacağıq. Qarşılaşmaya hazır olmalıyıq. Oyun başlayana qədər kimin və necə oynayacağını bilə bilmərik. İlk oyundakından daha yaxşı nəticə qazanmalı olacağıq. Həmin oyunda “Real” hər şeyi yaxşı bacardı. İndi isə vəziyyəti düzəltmək lazımdır”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” – “Real” oyunu sabah, aprelin 17-də Mançesterdə keçiriləcək. Qarşılaşmaya “Etihad” stadionu ev sahibliyi edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Madriddə keçirilmiş ilk oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Seçilən
103
3
Mənbələr
Şərh ()
Bağla