AZ

Sülh mətni razılaşdırıldı: İlkin bu addım atılacaq – Şərtlər açıqlandı

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zaur müəllim, Azərbaycanın şimal və cənub qonşularının aktiv müharibəyə qatılması fonunda proseslərin inkişaf xronologiyasında nə kimi dəyişikliklər müşahidə edilə bilər? Bu reallıq bölgə üçün hansı risklər yaradır?

- Bölgə ətrafında baş verənlərin Cənubi Qafqaza təsiri var. 2024-2025-ci illərdən başlayaraq vəziyyətin gərginləşməyə doğru gedəcəyi proqnozlaşdırılır. Dünyada baş verən proseslərin coğrafiyasına nəzər salsaq görərik ki, hadisələr, geosiyasi, geoqtisadi konfrantasiyalar Avrasiyanın ortasına doğru istiqamətlənməkdədir. Burada vacib ölkələr var ki, onların gələcəyi həll olunur. Eyni zamanda qlobal güclər arasında münasibətlər aydınlaşdırılır. ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, Pakistan, Türkiyə və İran kimi ölkələrin gələcəkdə hansı geosiyasi qüvvələrin orbitorunda olması da bu kontekstdədir. Faktiki olaraq ölkələr arasında ziddiyyətlər var. Bunu müharibə kimi yozmaq da yanlışlıqdır. Vaxtında tərəf seçən ölkələr yanlışlığa yol verdilər. Ən son Ermənistanın atdığı addımlar bu xarakterdəndir. İrəvan bu seçimi edəcəksə, bu onun üçün faciəvi nəticəyə səbəb ola bilər.

- Ermənistan tərəfi sülh razılaşmasını 8-ci redaktədə Azərbaycana təqdim etdiyini açıqlamışdı. Sizcə, bu sülh mətni üzərində konkret müzakirələrin aparılması kimi izah oluna bilərmi?

- Sülh mətni üzrə əksər məsələlər razılaşdırılıb. Erməni tərəfi sülh mətni ilə bağlı spekuliyasiyalara yol açır. Onların guya razı olduqları halda, Azərbaycan hansısa məsələlərdə əks mövqe olduğu iddia edilir. Ermənistan rəhbərliyi əslində hansı işləri görməli olduğunu bilir. Bu işlər tamamlanmayıbsa, sülh mətni üzərində razılıq olsa, belə heç bir razılaşma əldə olunmayacaq. Çünki Ermənistan üzərinə götürdüyü bəzi öhdəliklər yerinə yetirilmədiyi halda sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Sülh müqaviləsinin imzalanması üçün münbit beynəlxalq, regional şərait olmalıdır. Regional şərait isə hazırda sual altındadır və bu tərəflərdən asılı deyil.

- Delimitasiya və demarkasiya ilə bağlı proseslərdə yaranmış durğunluq nə ilə bağlıdır?

- 8 kəndin təhvil verilməsi ilə bağlı nə qədər az danışılacaqsa, o qədər yaxşı olacaq. Çünki bundan Ermənistan daxilində vəziyyətin qızışdırılması kimi istifadə olunmayacaq. Bu əslində işçi bir prosesdir. O kəndlər Azərbaycana məxsusdur və heç zaman da Ermənistan SSRİ-nin tərkibində olmayıb. Ona görə də, yaxın vaxtlarda bu istiqamətdə müəyyən nəticələrə gəlmək mümkün olacaq. Əslində bu iki ölkə arasında həllini tapacaq öz çətinliyi ilə seçilən birinci məsələ deyil. Qarabağ azad edilib, Xankəndidə, Xocalıda bayrağımız dalğalanır. Eyni zamanda ciddi şəkildə Ermənistanın üzərinə öhdəliklər götürməsinə nail olunub.

- Bölgənin gələcəyi ilə bağlı əsas prinsiplər nədən ibarətdir? Ermənistan üzərindən oynanılan oyunlar regionda hansı təlatümlərə yol aça bilər

- Ermənistan coğrafiyasından Azərbaycana yaxın gələcəkdə müəyyən təhdidlərin olması guman edilir. Avropa İttifaqının xüsusi “missiyasının” bölgədə olması, Qərblə Ermənistan arasında təhlükəsizliklə bağlı danışılan, müzakirə edilən məsələlər, İran və Rusiyanın bir neçə ildən sonra Cənubi Qafqazla bağlı planları var. Ona görə də, Ermənistan rəhbərliyi hadisələri ayıq və soyuqanlı şəkildə həll etməlidir. Onlar başa düşməlidir ki, Azərbaycan, Gürcüstan və Ermənistanın gələcəyi münasibətlərdə yeni səhifənin açılmasından sonra yaxşılaşa bilər. Ermənistan gələcəyinə, təhlükəsizliyinə zəmanəti uzaqda axtarmalı deyil. İrəvan qonşularla münasibətlərə yenidən baxsa daha yaxşı olar.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
83
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25860
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
24967
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18096
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14098
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
13914
Sabah 20 dərəcə isti olacaq
9342
May ayında Azərbaycana qar yağdı - VİDEO
8649
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8406
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8286
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7119
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7061
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6955
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6714
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6326
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6281
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6280
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5902
Azərbaycan nefti ucuzlaşıb
5780
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5601
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5593