AZ

AzTU-nun professoru vəfat etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, texnika elmləri doktoru Namiq Abdullayev 77 yaşında vəfat edib.

Tehsil.biz xəbər verir ki, bu barədə ali məktəb məlumat yayıb.

Namiq Abdullayev 2013-cü  ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb. O, 40-dan çox dərslik və metodiki vəsaitin, 12 monoqrafiyanın, 200-dən çox elmi və elmi-pedaqoji əsərin müəllifi idi.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Namiq Abdullayev 2010-cu ildə “Tərəqqi” medalı  ilə təltif olunub.

Seçilən
83
4
Mənbələr
Şərh ()
Bağla