AZ

Bakıda baş verən qəza tıxaca səbəb oldu

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətdə sıxlıq yaranıb.

Seçilən
65
16
Mənbələr
Şərh ()
Bağla