AZ

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Bakı. Trend:

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlətamamlayıb. Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatıkeçib. Bankın digər əsas maliyyə göstəriciləri üzrə də sabit artımdinamikası müşahidə olunur.

Ümumi kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 163mln manat, yəni 25% artımla 802.5 mln manat olub. Bankınmissiyasına uyğun olaraq portfelin mühüm qismini mikro, kiçik vəorta bizneslərə ayrılmış vəsaitlər təşkil edir. Rüb ərzində5500-dən çox müştəriyə verilmiş biznes kreditləri nəticəsində buistiqamət üzrə portfel yarım mlrd manatı keçib. Qeyd edək ki,biznes kredit portfeli ötən ilin eyni rübü ilə müqayisədə 21%, yəni92 mln manat artıb.

Biznesdə olduğu kimi istehlak kredit portfelində də müsbət artımtendensiyası davam edir. Hesabat dövründə 7 min müştəriyə 63mln-dan çox istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrəportfel ötən ilin eyni rübü ilə müqayisədə 33%-dən çox artaraq 290mln manatı keçib. Bu satışların 39%-i, eləcə də portfel artımın46%-i onlayn kanallar vasitəsilə həyata keçirilib. 



Birinci rübün sonuna əmanət portfeli 837 mln manat təşkil edir.Portfel artımının mühüm hissəsi (177 mln manatdan çox) fizikişəxslərin hesabına baş verib, bu da Banka olan inam və etibargöstəricisidir.

Bankın faiz və qeyri-faiz gəlirləri də artıb. 2023-cü ilin analojidövrü ilə müqayisədə faiz gəlirləri 14 mln-dan çox, yəni 59%artımla 39 mln-u, qeyri-faiz gəlirləri isə artaraq 16 mln manatıötüb. 


Hesabat dövrünə Bank-ın məcmu kapitalı 118 mln manatı ötüb. Bu darequlyativ tələbdən 68 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıqəmsalı 12.29%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə8.31 % olmaqla, hər iki göstərici üzrə tələb olunan normanıüstələyir. Rübün sonuna Bankın aktivlərinin həcmi 1 mlrd 130.8 mlntəşkil edir.

Bank xidmətləri haqqında əlavəsualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Məqalədə:
Seçilən
125
9
Mənbələr
Şərh ()
Bağla