AZ

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 23-cü sessiyasında iştirak etmək, eləcə də BMT və Dünya Bankının yüksək vəzifəli rəsmiləri ilə görüşlərin keçirilməsi məqsədilə Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdədir.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirirlib ki, Vaşinqtona səfər zamanı Dövlət Agentliyinin sədri ilə Dünya Bankının vitse-prezidenti Akihiko Nişio arasında görüş keçirilib. Görüş zamanı qarşı tərəfə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, o cümlədən “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri, habelə dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı təqdimat edilib.
Eyni zamanda, “ASAN xidmət” modelinin BMT tərəfindən iki dəfə yüksək mükafata layiq görüldüyü, eləcə də ötən ilin fevral ayında “Dünyanın ən qabaqcıl dövlət xidməti” seçildiyi diqqətə çatdırılıb.
Bundan əlavə, hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi barədə məlumat verilib.
Qarşı tərəf “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını və dövlət xidmətlərinin göstərilməsi sahəsində yenilik etmək arzusunda olan ölkələr üçün Azərbaycanın qabaqcıl təcrübəsinin nümunə olacağını bildirib.
Görüş zamanı “ASAN xidmət” modelinin üçüncü ölkələrdə tətbiqi ilə bağlı birgə əməkdaşlığın qurulması barədə ilkin razılıq əldə olunub.
Bundan əlavə, Dövlət Agentliyinin sədri ilə Dünya Bankının icraçı direktoru Dominik Favre arasında görüş baş tutub. Görüş zamanı tərəflər arasında mümkün əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.
Dövlət Agentliyinin nümayəndə heyətinin ABŞ-a işgüzar səfəri davam edir.

Seçilən
27
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26095
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26046
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18110
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
15825
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14315
Sabah 20 dərəcə isti olacaq
9513
May ayında Azərbaycana qar yağdı - VİDEO
8715
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8449
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8443
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
7420
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7146
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7123
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6806
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6455
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6408
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6352
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5973
Azərbaycan nefti ucuzlaşıb
5870
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5765