AZ

Azərbaycan və İtaliya arasında əmtəə dövriyyəsində qida sənayesinin payı təqribən 35 faizə çatıb - Səfir

Azərbaycan və İtaliya arasında əmtəə dövriyyəsində qida sənayesinin payı təqribən 35 faizə çatıb.
Trend xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri İtaliya Ticarət Agentliyinin 2024-cü ilin yaz-yay aylarına planlaşdırılan tədbirlərə həsr olunmuş mətbuat konfransında deyib.
"Bu cür tədbirlərin keçirilməsində məqsəd mədəniyyətimizi ən yaxşı formada təqdim etməkdir. Bu istiqamətdə fəaliyyətimizin nəticəsində Azərbaycan və İtaliya arasında əmtəə dövriyyəsində qida sənayesinin payı təqribən 35 faizə çatıb. Bu çox yaxşı göstəricidir. Bu, fəaliyyətimizin nəticələr nümayiş etdirdiyini göstərir", - o deyib.
Onun sözlərinə görə, qida sənayesi təkcə qida və içki deyil, həm də mədəniyyətdir.
"Bütünlükdə məqsədimiz olduğumuz ölkələrdə mədəniyyətimizi təşviq etməkdən ibarətdir. Qida sənayesi bir-birimizi daha yaxşı tanımaq imkanı verir", - deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
xalqcebhesi.az

2Mənbələr