AZ

“Vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər” - MÜNASİBƏT BİLDİRİLDİ

“Əslində, Əli Kərimlinin və onun qeyri-legitim Milli Şurasının Azərbaycan dövləti üçün ən həssas vaxtda təxribatlara başlamaq cəhdlərinə təəccüblənmirəm. Çünki Əli Kərimlinin xisləti zatən budur. O, fərdi maraqları, şəxsi ambisiyaları üçün bütün milli, mənəvi dəyərləri ayaqlamağa hər an hazır olduğunu son 25 ildə dəfələrlə nümayiş etdirib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.
Elşad Məmmədli sözlərinə belə davam edib: “Lideri dediyi mərhum Elçibəyin səhhətinin ən ağır vaxtlarında onun haqqında ən iyrənc yazıları yazdıran, yaxın dostlarının, silahdaşlarının, hətta yaxın qohumlarının həbsi, faciəsi üzərindən özünə gün ağlayan, qrantlar alıb kef edən adamda hansısa dövlətçi, milli şüur, təfəkkür olması mümkün deyil. İnsanın şəxsi keyfiyyətləri nədirsə, siyasi mahiyyəti də məhz o olur.Hazırda Azərbaycan COP 29 kimi mötəbər tədbirə hazırlaşır. Belə bir ərəfədə Qərbin anti-Azərbaycan qüvvələr dövlətimizə qarşı hərəkətləniblər. Eyni zamanda Aİ-ABŞ-İrəvan müttəfiqliyinin məqsədi məhz Azərbaycana təzyiqlər göstərməyə hesablanıb. Digər tərəfdən isə İranın hər an müharibəyə cəlb olunması gözlənilir ki, bunun da bütün regiona təsirləri olacaq, kimlərsə Bakıya qarşı təxribatlar da törətməyə çalışacaq. Belə bir dönəmdə Əli Kərimli mahiyyəti üzrə dövlətimizə qarşı kəmfürsət davranışlara başlamağa çalışır, bununla Qərbin əsas əlaltısı funksiyasını üzərinə götürməyə, bu məkrli planlar üçün ayrılacaq pullara sahiblənməyə çalışır. Yəni radikallar arasında bu qrantlara əl atanlar çoxdur, Əli Kərimli qabağa düşmək istəyir. Ancaq heç bir halda vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər. Cəmiyyətimiz kifayət qədər praqmatikdir, kimin nə məqsəd güddüyünü dərhal anlayır.Əgər onlar Bakıda öz 15-20 siyasi qrantyeyən dəstəsi ilə mitinq görüntüsü yaratmağa cəhd edəcəklərsə, rüsvay olacaqlar. Məncə, bu təxribat hərəkətləri zamanı onları asayişi qoruyan hüquq mühafizə orqanlarından əvvəl rahatlıqlarını pozduqları vətəndaşlar özləri cəzalandıracaq”.
Ayşən Vəli

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26353
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26190
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18119
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
16420
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14365
Sabah 20 dərəcə isti olacaq
9616
May ayında Azərbaycana qar yağdı - VİDEO
8805
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8540
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8474
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
7942
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7196
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7143
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6960
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6853
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6511
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6437
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6395
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6016
Azərbaycan nefti ucuzlaşıb
5934
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5832