AZ

Avropa çempionlarımız Vətənə qayıdıb

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində ölkəmizi uğurla təmsil etmiş Azərbaycan milli komandası Vətənə qayıdıb.

Offsideplus.az xəbər verir ki, yığmanı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayev Avropa çempionatını komandası üçün uğurlu adlandırıb: “Yığmamız 2 qızıl medal qazandı. Boksçularımızdan Bilalhəbaşi Nəzərovla Ömər Aslanlı bütün rəqiblərinə qalib gələrək, Xorvatiyada Azərbaycan himnini səsləndirdi. Nəticədə oğlanlardan ibarət yığmamız Avropa birinciliyində komanda hesabında 3-cü yeri tutdu. Digər boksçularımızın da şansları vardı. Çatışmazlıqlar üzərində işləyəcəyik. Növbəti hədəf noyabrda baş tutacaq dünya birinciliyi olacaq. Həmçinin böyüklərdən ibarət milliyə güclü boksçular yetişdirməyə çalışacağıq”.

Avropa çempionu Bilalhəbaşi Nəzərov (48 kq) bildirib ki, yarışa çox yaxşı hazırlaşdığı üçün heç bir döyüşdə çətinlik çəkməyib: “4 döyüşün hər birində inamlı qələbə qazandım. Qarşıda bizi dünya birinciliyi gözləyir. Çalışacağam ki, qitə birinciliyində əldə etdiyim uğuru orada da təkrarlayım”.

Poreçdə qızıl medal qazanan digər boksçumuz Ömər Aslanlı (54 kq) isə Xorvatiyada Azərbaycan himnini səsləndirdiyi üçün sevincli olduğu deyib: “Finalda ukraynalı rəqibimi asanlıqla məğlub etdim. Lakin 1/4 finalda döyüşdüyüm ingilis rəqiblə görüşüm bir qədər çətin alındı. Sevinirəm ki, əziyyətli olsa da qalib gəldim. Noyabrda dünya birinciliyində də uğur qazanmaq istəyirəm”.

Qeyd edək ki, Avropa birinciliyində 2 qızıl medal qazanan millimiz komanda hesabında Ukrayna və İngiltərədən sonra 3-cü olub.

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
21499
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17621
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12680
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7799
May ayında Azərbaycana qar yağdı - VİDEO
7608
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6896
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6843
Sabah 20 dərəcə isti olacaq
6247
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5939
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5732
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5577
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5524
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5411
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5237
Bu yol qovşağında təmir işləri aparılacaq
5171
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4801
Azərbaycan nefti ucuzlaşıb
4657
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4641
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4570
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4381