AZ

Rəsmi Moskva müharibənin başa çatması üçün danışıqlar aparmaq niyyətində deyil - Volodimir Zelenski

Ukrayna Rusiya ilə danışıqlara hazırdır.Belə ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “PBS NewsHour” telekanalına müsahibəsində deyib.O bildirib ki, rəsmi Kiyev, həqiqətən, sülh istəyənlərlə danışıqlara hazırdır:“Amma Rusiya sülh istəmir. Qarşı tərəfin məqsədi bizi məhv etməkdir. Moskva müharibənin başa çatması üçün danışıqlar aparmaq niyyətində deyil”.V.Zelenskinin sözlərinə görə, bu il iyun ayının ortalarında İsveçrədə Sülh Sammiti olacaq: “Müharibəyə son qoymaq üçün plan hazırlanacaq. Bu sammit Rusiyasız keçiriləcək. Çünki Rusiya planlara mane ola bilər”.Dövlət başçısının fikrincə, Rusiya danışıqlarda maraqlı deyil: “Ona görə də müharibənin ədalətli sülhlə bitməsini istəyən bir ölkə kimi təşəbbüs Ukraynadan gəlməlidir”.V.Zelenski həmçinin söyləyib ki, Ukraynadakı uşaqlar hər şeyi başa düşürlər:“Onlar, o cümlədən mənim uşaqlarım qələbəyə daha çox inanırlar, nəinki bəzi tərəfdaşlarımız. Uşaqlarımız bütün sualların cavablarını bilirlər. Onlar başa düşürlər ki, müharibənin başa çatması bəzi amillərdən asılıdır. Amma onlar bizim qalib gələcəyimizə əmindirlər. Övladlarımız buna şübhə etmirlər”.Ölkə lideri qeyd edib ki, övladları onun taleyindən narahatdırlar:“Məncə, onlar mənim müharibədən sağ çıxıb-çıxmayacağımdan qorxurlar”.V.Zelenski bildirib ki, Ukrayna ABŞ-nin dəstəyi olmadan qalib gələ bilməyəcək:“Açığını deyim ki, Konqresin yardımı olmadan bizim qalib gəlmək şansımız olmayacaq. Bu bizim üçün çox çətindir. Çünki Rusiya şəxsi heyət və texnika baxımdan daha üstündür".O həmçinin vurğulayıb ki, Rusiya işğal altındakı Krımdan Ukrayna ərazisinə zərbələr endirir.Ordu.az

Seçilən
50
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26285
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26140
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18116
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
16215
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14352
Sabah 20 dərəcə isti olacaq
9598
May ayında Azərbaycana qar yağdı - VİDEO
8780
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8530
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8466
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
7792
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7181
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7141
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6960
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6847
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6498
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6435
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6384
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5988
Azərbaycan nefti ucuzlaşıb
5903
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5796