AZ

Gəncədə məktəbli sinif yoldaşını xəstəxanalıq etdi

Gəncədə 9-cu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

Bu barədə Demokrat.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, hadisə bu gün 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda baş verib. 

Belə ki, Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ə.V sinif yoldaşı O.Q-nin ayaq hissəsinə kəsilmiş şüşə parçasıyla xəsarət yetirib. O.Q xəstəxanaya aparılıb, vəziyyəti normaldır. 

Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər.

Seçilən
83
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq