AZ

Məişət zəminində psixi zorakılıq hansı əməllərlə ifadə olunur?

Bakı. Trend:

Baş Prokurorluq məişət zəminində psixi zorakılıqla bağlısuallara aydınlıq gətirib.

Məişət zəminində psixi zorakılıq dedikdə, bir yerdə yaşadığıailə üzvü, yaxın qohumu, qanuni nikahda olmadığı və ya əvvəllərbirgə yaşadığı şəxs tərəfindən psixi təzyiq göstərmə və ya dözülməzpsixi şərait yaradılmasına yönəlmiş hərəkətlər başa düşülür.

Bu kateqoriyadan olan zorakılıq aktları qəsdən törədilir və buhərəkətlərə yol verən şəxslərin məqsədi öz qurbanlarını alçaltmaqvə ya qorxu aşılamaq, manipulyasiya etmək, onların üzərində güc vəya nəzarət göstərmək, psixi vəziyyətini idarə etmək və s. ibarətolur.

Nəzərə almaq lazımdır ki, psixi zorakılıq birbaşa sözlərdənistifadə etməklə yanaşı qurbanı qorxutmaq, idarə etmək və yahədələmək üçün qorxuducu üz ifadələri, jestlər və ya bədən dilindənistifadə etməklə də törədilə bilər.

Məişət zorakılığında bəzi ümumi psixi zorakılıq hərəkətlərinəbunları misal göstərmək olar:

1. Şəxsi kobud və ya sözlərlə alçaltmaq, onun özünə hörmət hissi(ləyaqət) və başqalarının verdiyi dəyəri (şərəf) sarsıtmaq üçündaimi tənqid, istehza və ya digər bu kimi ifadələrdən istifadəetməklə təhqir etmək;

2. Faktları inkar etmək və ya təhrif etməklə şəxsin reallıqqavrayışını manipulyasiya etmək, onun yaddaşı, qavrayışı və yaağlına şübhə ilə yanaşmaqla şəxsdə özünə şübhə və qeyri-reallıqhissini aşılamaq, bacarıqlarını inkar etməklə qurbanda acizlikhissi yaratmaq;

3. Qorxu və nəzarəti aşılamaq üçün şəxsin özünə və ya onunyaxınlarına zərər vurmaq, zorakılıq etmək və ya qisas almaqlahədələmək. Bu, əsasən əmlakın, şəxsi əşyaların məhv edilməsi,müxtəlif şayiələr və ya yalanların yayılması ilə təhdid etməkdəözünü göstərir. Həmçinin, hədə-qorxu qurbanın inancları, dəyərlərivə ya istəklərinə zidd olan müxtəlif tələb və ya istəkləri yerinəyetirməyə məcbur etməklə bağlı ola bilər;

4. Şəxsin sosial qarşılıqlı əlaqələrinə, münasibətlərinə vəfəaliyyətlərinə nəzarət etmək və ya məhdudlaşdırmaq. Bu, əsasənqurbanın dostları və ya ailəsi ilə görüşməsinə mane olmaq, onlarlaünsiyyətinə nəzarət etmək və ya davranışlarına ciddi qaydalar yaxudqadağalar tətbiq etməkdən, o cümlədən telefon zəngləri, e-poçtlarvə ya sosial media hesablarına həddindən artıq nəzarət etmək,onların yerini izləmək və ya gündəlik iş rejimi və fəaliyyətinimütəmadi olaraq diktə etməkdən ibarət ola bilər;

5. Qurbanı istər şəxsi münasibətlərdə, istərsə də başqalarınıngözü qarşısında utandırmaq və ya alçaltmaq. Bu, şəxsin ifadə etdiyifikirlərə alçaldıcı şərhlər vermək, qurbanın görünüşünü və yabacarıqlarını ələ salmaq və ya razılığı olmadan şəxsi məlumatlarıifşa etməkdə ifadə oluna bilər;

6. Qəsdən şəxsi müxtəlif dəstək və ya yardım mənbələrindəntəcrid etmək. Bu, şəxsin öz yaxınlarından, ailə üzvlərindən köməkistəməsinə maneələr yaratmaq, onu psixi cəhətdən qeyri-sabit birikimi və ya etibarsız fərd kimi göstərməkdə ifadə oluna bilər;

7. Şəxsin emosional ehtiyaclarına, hisslərinə və yanarahatlıqlarına məhəl qoymamaq, ona laqeyd yanaşmaq, anlayışgöstərməmək, qərəzli davranmaq (empatiya) yaxud dəstək verməkdənimtina etmək. Bu hərəkətlər qurbanda emosional boşluq, tənhalıq vəlaqeydlik hissi əmələ gəlməsi ilə nəticələnir;

Həmçinin, şəxsə cəza və ya nəzarət forması kimi sevgi yaxudhörmət göstərməmək, emosional dəstək verməmək, qurbanın emosionalehtiyaclarına məhəl qoymamaq, səssiz rəftar etmək və ya sevgi vəyaxınlıqdan məhrum olmaqdan ibarət ola bilər;

8. Şəxsin təqsiri və ya günahı olmasa belə, mütəmadi olaraq hərhansı vəziyyət və ya xoşagəlməz nəticələr görə onu ittiham etmək,günahlandırmaq, ona qarşı qərəzli və yalan ittihamlar irəlisürmək;

9. Görünüşlər və ya jestlər vasitəsilə qorxutma: birbaşasözlərdən istifadə etmədən qurbanı qorxutmaq, idarə etmək və yahədələmək üçün qorxuducu üz ifadələri, jestlər və ya bədən dilindənistifadə etmək. Bu, qurbanda qorxu və narahatlıq hissi yaradabilər.

Seçilən
54
4
Mənbələr
Şərh ()
Bağla