AZ

“Dream team”in heyəti bəlli olub

ABŞ basketbol komandasının Parisdə keçiriləcək Olimpiya Oyunları üçün heyəti açıqlanıb.

İdmanxeber.az məlumat verir ki, heyətə Lebron Ceyms, Stiven Karri, Kevin Dürant, Coel Embiid, Entoni Devis, Devin Buker, Entoni Edvards, Ceyson Teytum, Dryu Holidey, Bam Adebayo və Tayriz Halibörton daxil edilib..

Lebron Ceyms üçün bu, dördüncü Olimpiya Oyunları olacaq. Onun kolleksiyasında 2004-cü ilin bürünc medalı, 2008 və 2012-ci ilin qızıl medalları var.

Bu oyunçulardan yalnız Halibörton və Edvards keçənilki dünya çempionatında komandanın heyətində olublar.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla