AZ

Bərpasındakı nöqsanlara görə “Naxçıvanqala”nın ön divarlarından biri uçdu (FOTO)

Bakı. Trend:

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin 2010-cu ildəbərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən yağış sularıqalanın ön divarlarından birinin uçmasına səbəb olub.

Trend xəbər verir ki, Naxçıvan Muxtar Respublikası MədəniyyətNazirliyinin məlumatına görə, hadisədən dərhal sonra NaxçıvanMuxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət TikintidəTəhlükəsizliyə Nəzarət İdarəsi, Naxçıvan Muxtar RespublikasıMədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vəNaxçıvan Şəhər İcra Hakimiyyəti əməkdaşları tərəfindən qaladivarının uçması ilə bağlı “Naxçıvanqala” Tarix-Memarlıq MuzeyKompleksinə vizual baxış keçirilib:

"Baxış zamanı məlum olub ki, qala divarının üst hissəsində yerədüzülmüş təbii sal daşlarında çat və aralanmalar əmələ gəldiyi üçünyağış sularının uzun müddət divarın içərisinə sızması, qalanın önhissəsində təqribən 4 metr uzunluğunda divarın uçmasına səbəb olub.Bundan əlavə, qalanın divarlarında müxtəlif ölçülərdə yaranmışçatlar və qabarmalar, hücrələrin giriş qapısının kənarlarında vəqalanın divarları boyunca müxtəlif ölçülərdə aralanmalar başverib.

Qeyd edək ki, müxtəlif dövrlərdə baş vermiş müharibələrnəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılıb və bərpa edilib.Sonuncu dəfə 2010-cu ildə yenidən bərpa edilən qalanın bəzibinaları uğursuz restavrasiya zamanı sökülüb, köhnə torpaqdivarlarına metal tor çəkilərək təbii sal daşı və sement əsaslıtikinti materialları ilə üzlənib. Restavrasiya zamanı yol verilənciddi nöqsanlar abidənin düzgün bərpa olunmadığını göstərir.

Təhlükəsizlik məqsədilə qala divarlarının üzərinə insanlarınçıxması məhdudlaşdırılıb, həmin hissə örtüklə örtülüb.

Artıq qeyd olunan qüsurların aradan qaldırılmasına və düzgünrestavrasiya işlərinin aparılmasına başlanılıb. Bu məqsədlə“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə bu sahə üzrəlisenziyası olan layihə təşkilatları tərəfindən kompleks baxışınkeçirilməsi, təhlillərin aparılması təmin edilib".

Bərpasındakı
Məqalədə:
Seçilən
75
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq