AZ

"Büdcə üçün oyunçu satacağıq" - "Bayer"in direktoru

"Bayer Leverkuzen"in baş direktoru Fernando Karro komandanın bu yay transferləri haqqında danışıb.Olaylar.az bildirir ki, o, bir oyunçunu satacağını deyib:"Yeni transferlər üçün büdcə tapmaq lazımdır. Bu məqsədlə yəqin ki, bir oyunçu satacağıq. Amma gəlirlər üçün daha iki və ya üç müqavilə imzalamağı da planlaşdırırıq".Qeyd edək ki, "Bayer" Bundesliqada 29-cu turda "Verder"ə 5:0 hesabı ilə qalib gələrək erkən çempionluğu təmin edib. Xabi Alonsonun komandası klubun 120 illik tarixində ilk dəfə Almaniya çempionatının qızıl medalını qazanıb.

Seçilən
27
2
Mənbələr
Şərh ()
Bağla