AZ

Məhkumluqdan azad olunmasına üç ay qalmış şəxslərin qiymətləndirilməsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə adaptasiyası məqsədilə növbəti tədbir keçirib.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 16 saylı Cəzaçəkmə Müəssisəsində təşkil edilən tədbirdə Agentliyin fəaliyyət istiqamətləri, məhkumların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verilib.

Qeyd olunub ki, Agentliyin Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində bu kateqoriyadan olan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması məqsədilə işlər aparılır. Onlara həmçinin sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri göstərilir.

Sosial xidmətə ehtiyacı olan şəxslərin, habelə cəza çəkməkdən azad olan şəxslər sosial reabilitasiyası və adaptasiyası tədbirləri diqqətə çatdırılıb. Həmin şəxslərin ailələrinə səfərlər təşkil olunduğu, onlarla aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq müvafiq xidmətlərə cəlb olunduqları bildirilib, sosial-psixoloji reabilitasiyanın təşkilinə dair təqdimatlar edilib.

Tədbirdə məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb. Məhkumluqdan azad olunduqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur. Psixoloji xidmətə ehtiyacı olan şəxslərlə isə cəzaçəkmə müəssisəsində yaradılan psixoloji kabinetdə fərdi konsultasiya aparılıb.

Seçilən
78
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26785
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26376
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18136
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17229
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14429
Sabah 20 dərəcə isti olacaq
9701
May ayında Azərbaycana qar yağdı - VİDEO
8829
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8598
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8497
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8466
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7237
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7144
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6963
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6919
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6603
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6491
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6446
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6038
Azərbaycan nefti ucuzlaşıb
5998
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5871