AZ

"Zirə" sabiq futbolçusunun vəfatı ilə bağlı başsağlığı verdi

"Zirə" sabiq futbolçusu Jozef Bumun vəfatı ilə bağlı başsağlığı yayıb.

"Football-plus.az" xəbər verir ki, klubun yaydığı başsağlığı mətnində deyilir:

“Zirə” sabiq futbolçusu Jozef Bumun vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin!"

35 yaşında dünyasını dəyişən kamerunlu müdafiəçinin ölüm səbəbi barədə məlumat yoxdu.

Qeyd edək ki, Jozef Bum 2017/18-ci illər mövsümündə “Zirə”nin formasını geyinib. O, Kamerun klubları ilə yanaşı Türkiyədə "Mersin İdmanyurdu" və "Antalyaspor"da da çıxış edib.

Jozem Bum "Zirə"dən ayrıldıqdan sonra heç bir klubda oynamayıb.
Seçilən
33
3
Mənbələr
Şərh ()
Bağla