AZ

Vüqar Rəhimzadə: Bu gün insanların küçə iğtişaşlarına çağırılması Vətənə və xalqa xəyanətdir

Bakı. Trend:

Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın təkmil inkişafmodelini, hər bir sahədə zəngin təcrübəyə malik olmasını, islahatçıölkə kimi nüfuz qazanmasını, ən əsası qalib xalq və dövlət olaraqyaratdığı yeni reallıqları təqdir edir. Azərbaycan ötən hər günsabitlik diyarı kimi qazandığı imicinə yeni-yeni əlavələr edir.İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirlərizamanı tarixi zəfərlərə imza atan, ərazi bütövlüyünü vəsuverenliyini tam bərpa edən Azərbaycanın hazırda sözünün imzasıqədər dəyərli olması hər birimizi qürurlandırır. Təbii ki, hər biruğurumuzun əsasında xalq-Prezident birliyinin, həmrəyliyininsarsılmazlığı dayanır. Vətən müharibəsində tarixi Zəfərimizinsimvoluna çevrilən “dəmir yumruq” bu birliyin təqdimatı oldu.

Bütün bunları görməmək siyasi korluqdur. Bu uğurların fonunda“sapı özümüzdən olan baltalar”ın öz şəxsi ambisiyalarının qulunaçevrilmələri, xarici himayədarlarının oyuncağı funksiyasını yerinəyetirərək onların çaldığı havaya oynamaları, anti-Azərbaycandairələrin hazırladıqları ssenarilərin icrasının qarşılığındaalacaqları qrantlar uğrunda bir-biriləri ilə didişmələri hər kəsəməlum olan faktlardır. Bu gün demokratik cəmiyyətin varlığınışərtləndirən bütün amillər ölkəmizdə tam təmin edilib. İnsanhüquqlarının qorunması və yeni müdafiə mexanizmlərininmüəyyənləşdirilməsi, azad mətbuatın inkişafı, çoxpartiyalı sisteminyaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğunkeçirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə dünyaictimaiyyətinin diqqətindədir. Bunları dəyərləndirmək üçün şəxsiambisiyalar deyil, dövlət maraqları öndə olmalıdır. Amma uzunillərin təcrübəsi sübut edir ki, radikallığı fəaliyyətinin əsasistiqaməti kimi qəbul edən antimilli ünsürlərdən belə birkonstruktiv mövqe gözləmək sadəlövhlük olardı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayontəşkilatının sədri, siyasi elmlər doktoru, professor VüqarRəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti yarandığı gündən xarici anti-Azərbaycandairələrin layihəsi olduğunu hər an büruzə verən və atdığı bütünaddımlarla bunu təsdiqləyən “Milli Şura” adlanan, əslində isə bütünəməllləri ilə antixalq və antimilli mövqedə dayandığını təsdiq edənüzdəniraq qurumun 21 aprel tarixinə planlaşdırdığı mitinq şousunayönəldib. Radikal ünsürlər xaricdəki anti-Azərbaycan qüvvələritərəfindən aldıqları mitinq sifarişini yerinə yetirmək istəyirlər…Məlumdur ki, zaman-zaman Azərbaycanda sabitliyi pozmaq, qarşıdurmayaratmaq, xalqda ölkə iqtidarına qarşı narazılıq formalaşdırmaqdövlətimizin müstəqil siyasətini, davamlı uğurlarını həzm etməyənxarici anti-Azərbaycan qüvvələrini düşündürən məsələlər olub.Daxili bədxahlarımız həmin qüvvələrin maraqlarının ifadəçisinəçevrildikləri üçün mitinq tapşırığını, necə deyərlər, canla-başlaqəbul edirlər. Dövlət maraqları bu ünsürlər üçün həmişə arxa plandaolub. Belə sifarişli mitinqləri keçirmək cəhdi müxalif düşərgədəmövcud vəziyyətə də aydınlıq gətirir. Düşərgənin konstruktiv qanadıbelə sifarişlərə, onların icraçılarına hər zaman mənfi münasibətinibildirir, dağıdıcı antimilli ünsürlərin siyasi meydanı tərketmələrini tələb edirlər. Müxalifətçilik anlayışının mahiyyətinihələ də dərk etməyən Kərimov Əli kimi xain ünsürlər bu haqlıtələblərdən nəticə çıxarıb siyasət meydanını tərk etmək əvəzinədövlətə, xalqa xəyanət yolunu tutmağı “qəhrəmanlıq” kimi qəbuledirlər. Belələrinə xalqın verdiyi cavab dəyişməzdir. Siyasimeydanın küncünə sıxışdırılan bu ünsürlər özlərinə cəsarət tapıb bumeydanı tərk etməlidirlər.

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, başlarıAzərbaycan əleyhinə təbliğat aparmağa, uğurlarımıza qara eynəkdənbaxmağa qarışan qondarma “milli şura”çılar cəmiyyətdə ixtilafyaratmaq məqsədi daşıyan mitinq cəhdlərindən utanc hissikeçirmirlər. Bu gün Azərbaycanda həyata keçirilən siyasətinalternativi yoxdur. Xalqın öz Prezidentinə inamı sonsuzdur. Bunuşərtləndirən amillər, təbii ki, göz qabağındadır. Dövlətimizinqətiyyəti, uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsindəqarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nailolunur. Artıq ölkəmiz yeni dövrə qədəm qoyub. Ərazi bütövlüyümüzünvə suverenliyimizin tam bərpa olunması yeni dövrün başlanğıcıolmaqla yanaşı, həm də 7 fevral növbədənkənar prezidentseçkilərinin keçirilməsini şərtləndirdi. Bu seçkilər Azərbaycanınuğurlarının, demokratik proseslərin sürətləndirilməsinin təqdimatıoldu. Bunları inkar edib heç bir əsası olmayan iddialarla insanlarıiğştişaşlar törətməyə çağırmaq bədnam “milli şura”çıların çirkinniyyətlərinin daha bir iyrənc təzahürüdür. Bu gün xalq arasındanüfuzu sıfırın altında olan Kərimov Əli kimi avantüristin guyamitinqin zəruriliyi ilə bağlı fikirləri dağıdıcı ünsürlərin xəbisniyyətlərini bir daha ifşa edir. Mitinq çağırışları ilə varlıqlarıbarədə görüntü yaratmağa çalışan kərimov əlilər 30 il öncəninnostalji hissləri ilə yaşayırlar. Bu xain ünsürlər unudurlar ki, nəAzərbaycan həmin dövrün Azərbaycanı, nə də xalq həmin xalqdır.Özləri, həmçinin sosial bazaları barədə böyük görüntü yaratmağaçalışan bu ünsürlərin əvvəllər keçirdikləri mitinqlərə insanlarıhansı yollarla topladıqları məlumdur. Həmin mitinqləriniştirakçıları bir qayda olaraq özlərinin ailə üzvləri idilər.Dağıdıcı ünsürlərin zaman-zaman özlərinin mitinq şoularınınfiaskoya uğramasında hakimiyyəti günahlandırmaq cəhdlərigülüncdür.

Vüqar Rəhimzadə vurğulayıb ki, dağıdıcıların 21 aprelmitinq-şoularının tələblərinə diqqət yetirdikdə onların əslniyyətləri bəlli olur. Absurd tələblərin heç bir əsası yoxdur.Azərbaycan sosial dövlətdir. Ölkəmizin iqtisadi inkişafı güclüsosial siyasətlə tamamlanır. Minimum əməkhaqqının, pensiyaların,digər müavinətlərin artırılması dövlətimizin sosial-iqtisadisiyasətinin əsas göstəriciləridir. Digər tərəfdən, hazırda işğaldanazad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuqişləri dövlətimizin insan amilinə yüksək dəyər verdiyini bir dahaəyani surətdə nümayiş etdirir.

Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, regiondavə dünyada yaşanan hadisələr fonunda insanların küçə iğtişaşlarınaçağırılması xəyanətdir. Aprelin 5-də Brüsseldə keçirilən ABŞ,Avropa İttifaqı və Ermənistan görüşü də daxili bədxahlarımızınxainliyinə işıq saldı. Regionda sülhə və təhlükəsizliyə maneə olanbu görüşə antimilli ünsürlərin dəstəyi Qərbdəki anti-Azərbaycan vəermənipərəst dairələrin “beşinci kalon”u hərəkətə gətirməkniyyətini və ölkə daxilindəki sabitliyi pozmaq, xalq-iqtidarbirliyinə kölgə salmaq cəhdlərini nümayiş etdirdi. Azərbaycanaqarşı hər zaman belə cəhdlər olub. Lakin hər dəfə bu cəhdlərdövlətimizin uğurlu siyasəti, xalqımızın birliyi, qətiyyətisayəsində iflasa uğrayıb.

Seçilən
22
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq