- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Almaniya millisinin heyətində dünya çempionu olmuş Bernd Heltsenbayn vəfat edib.
“İki sahil” xəbər verir ki, “Ayntraxt” klubunun sabiq futbolçusu 79 yaşında dünyasını dəyişib.
O, karyerası ərzində UEFA Kuboku və 3 dəfə Almaniya Kubokunu qazanıb.
Qeyd edək ki, Bernd Heltsenbayn Almaniya millisində 40 oyun keçirib. O, 1974-cü ildə dünya çempionu, 1976-cı ildə keçirilən Avropa çempionatında isə gümüş mükafatçı olub.