AZ

“Yaşıl keçid Azərbaycanın milli prioritetləri sırasındadır” - nazir

COP29-un loqosu ictimaiyyətə təqdim olundu

Aprelin 15-də 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib. 

Konfransa hazırlıq işlərindən danışan Muxtar Babayev bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür. Azərbaycanın dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a sədrliyini üzərinə götürdüyünü deyən M.Babayev qeyd edib ki, ölkəmiz COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcək. 

Muxtar

Muxtar Babayev

M.Babayev yaşıl keçidin Azərbaycanın milli prioritetləri sırasında olduğunu da bildirərək xatırladıb ki, ölkəmiz metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib. Həmçinin M.Babayev xatırladıb ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. 

Bu gün Azərbaycanın özünün də qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyini deyən M.Babayev çaylarımızda və Xəzər dənizində suyun azalması, səhralaşma kimi problemləri vurğulayıb. 

Media ilə görüşdə COP29-dan gözlənilən yekun sənədlər üzrə danışıqların gündəliyinə də toxunulub. Danışıqçılar qrupunun rəhbəri və Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, Azərbaycan konfransa ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır. COP29 danışıqlarının əsas mövzuları, o cümlədən  iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur və danışıqların uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəal iş aparılır. 

Elnur

Elnur Soltanov

COP29-un baş icraçı direktoru Elnur Soltanov bu tədbirin yaşıl enerjiyə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacağını qeyd edərək, Azərbaycanın indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanların yaranacağına əmin olduğunu bildirib. E.Soltanov qeyd edib ki, Azərbaycanın rolu, sadəcə, ev sahibi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada, bu ilin noyabr ayında bütün dünyanın diqqət mərkəzi Bakıda olacaq.

COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova qeyd edib ki, ölkəmiz bugünədək müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib. Lakin iştirakçı sayına və miqyasına görə COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük tədbir olacaq. O, bildirib ki, tədbirin keçiriləcəyi məkan kimi Bakı Stadionu seçilib. Bu qərar BMT (UNFCCC) ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib. İndiyədək bu məkanda keçirilən böyükmiqyaslı tədbirlərdə infrastrukturun effektiv istifadəsi və dayanıqlılığı tam təmin edilib. Onun sözlərinə görə, COP29 zamanı təşkil olunacaq Göy və Yaşıl zonaların stadion ərazisində kompakt şəkildə yer alması və ətraf mühitə mümkün mənfi təsiri minimuma endirmək məqsədilə ərazinin planı BMT-nin təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır. Konfransın bütün plenar sessiyalarının vahid məkanda təşkili üçün stadion ətrafında əlavə konstruksiyalar quraşdırılacaq. 

Mətbuat konfransında qonaqları qəbul edəcək mehmanxanalarla bağlı məsələyə də aydınlıq gətirilərək bildirilib ki, bütün yerləşdirmə imkanları tezliklə vahid beynəlxalq platforma üzərindən təqdim ediləcək. 

COP29-un İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai vətəndaş cəmiyyəti nümayəndələrinin və özəl sektorun COP29-da iştirakından bəhs edərək, onların mühüm qərarların müzakirəsi və  qəbuluna cəlb edilməsinin vacibliyini vurğulayıb. 

COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova çıxışında gənclərlə bağlı fəaliyyət istiqamətlərinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında önəmli yer aldığını, bu sahədə mövcud təcrübələrin və qlobal layihələrin əhəmiyyətini vurğulayıb. 

Mətbuat konfransında COP29-un loqosu ictimaiyyətə təqdim olunub. Təqdimat zamanı bildirilib ki, COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib. 

Kökləri Azərbaycan tarixi-mədəni irsinə dayanan buta motivi özündə davamlılıq və innovasiyanı ehtiva etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpü salır. Butaların birləşməsi birliyi, illüstrativ su damlaları şəklində olan butalar isə özü-özlüyündə beş fərqli elementi ifadə edir - flora və fauna, hava və külək, su, enerji və kainat. COP29 loqosu iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönümlü fəaliyyətin əhəmiyyətini əks etdirir.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25794
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
24693
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18095
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14041
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
13410
Sabah 20 dərəcə isti olacaq
9272
May ayında Azərbaycana qar yağdı - VİDEO
8613
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8394
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8242
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7118
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7041
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6955
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6686
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6315
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6269
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6264
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5891
Azərbaycan nefti ucuzlaşıb
5741
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5593
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5564