AZ

Federasiya prezidenti: Belə davam etsək, Azərbaycanda reqbiyə maraq kəskin artacaq - MÜSAHİBƏ

Federasiya

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Reqbi Federasiyasının yeni prezidenti Röyal Süleymanov AZƏRTAC-ın suallarını cavablandırıb. Röyal Süleymanovun müsahibəsini təqdim edirik

- Bir müddət öncə Azərbaycan Reqbi Federasiyasının yeni prezidenti seçildiniz. Bu idman növündə qarşıdakı hədəfləriniz nələrdir?

- Əvvəlcə, bu seçkidə mənə etimad göstərən hər kəsə təşəkkür edirəm. Bunu doğrultmağa çalışacağam. Əlimizdən gələni edəcəyik ki, reqbi Azərbaycanda ən uğurlu idman növlərindən birinə çevrilsin.

Qarşımıza ən yüksək məqsədləri qoyacağıq. İlk növbədə uşaq və yeniyetmə reqbisinin inkişafını, kütləviliyin artırılmasını, məşqçi və hakim heyətinin zənginləşdirilməsini, mümkün qədər çox ölkədaxili və beynəlxalq yarışların keçirilməsini təmin etməliyik. Bu proseslərdə beynəlxalq tərəfdaşlarımızla sıx əlaqələrimiz böyük rol oynayacaq. Eyni zamanda, böyüklərdən ibarət klubların sayının artırılması, ölkə çempionatının keçirilməsi və güclü milli yığma komandanın yaradılması da vacib addımlardır. Uzunmüddətli planımız isə beynəlxalq reqbi reytinqlərində ölkəmizin yuxarı pillələrdə qərarlaşmasıdır. Bütün bunlar zaman tələb etsə də, işimizə düzgün yanaşaraq buna nail olacağıq.

- Necə düşünürsünüz, Azərbaycanda bu idman növünə maraq hansı səviyyədədir?

- Düzünü desək, reqbi ölkəmizdə populyar deyil. 2004-2013-cü illərdə milli komandamız və 2 klub fəaliyyət göstərirdi. Sovet dönəmində də veteran Vaqif Səadətxanın rəhbərliyi altında reqbi komandası mövcud idi. Hazırda məktəblərdə aktiv olaraq klublar yaradılır. Uşaqların reqbiyə cəlb olunması prosesinə başlanılıb və görürük ki, yeniyetmələr çox böyük həvəslə bu idman növünə qoşulurlar, məşqlərdə, oyunlarda iştirak edirlər. Əminəm ki, belə davam etsək, Azərbaycanda reqbiyə maraq kəskin sürətdə artacaq.

- Bunun üçün hansı planlar həyata keçiriləcək?

- Bu prosesdə veteran sayılan reqbiçilərin təcrübəsindən yararlanacağıq. Həmin şəxslər oyunçu fəaliyyətlərini bitirsələr də, reqbinin inkişafına dəstək olmağa çox həvəslidirlər və biz onların təcrübəsindən yararlanaraq birlikdə gənc nəslin yetişdirilməsinə xüsusi diqqət ayıracağıq. Bugünkü yeniyetmələrimiz sabahın potensial Avropa, dünya və Olimpiya çempionlarıdır. Reqbinin inkişaf yolunu qət etmiş xarici tərəfdaşlarımız bizə bu istiqamətdə lazımı olan dəstəyi göstərməyə hazırdırlar. Artıq Gürcüstan, Böyük Britaniya və İtaliyanın reqbi klubları ilə əlaqələrimiz var. Yaxın gələcəkdə müxtəlif layihələrin icrasına başlayıb onların təcrübələrindən bəhrələnəcəyik.

- Qarşıda hər hansı yarışda iştirak etməyi planlaşdırırsınız?

- Qarşıdakı aylarda “Qarabağ”ın yeniyetmələrdən ibarət komandasının Gürcüstanın Batumi şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirakı planlaşdırılır. Eyni zamanda cari mövsümün sonunadək ölkədaxili məktəblər arasında test-oyunlar təşkil olunacaq ki, bu da yeni mövsümdən etibarən məktəblərarası reqbi liqasına hazırlıq xarakteri daşıyacaq. Federasiyamızın Avropa Reqbi Təşkilatındakı üzvlüyü bərpa edilən kimi isə böyüklərdən ibarət yığmamız müntəzəm Avropa Millətlər Kubokunda iştirak edəcək. Yarışlarımız kifayət qədər çox olacaq.

- Hazırda Azərbaycanda reqbi ilə peşəkar səviyyədə məşğul olan idmançılar var?

- Son illərdə Azərbaycanda reqbi daha çox həvəskar səviyyədə olsa da, indiki dövrdən etibarən həm Azərbaycan Reqbi Federasiyasının, həm klubların, həm də oyunçuların fəaliyyəti peşəkar səviyyəyə qaldırılacaq. Bir neçə həmyerlimiz İngiltərə, Rusiya və digər xarici ölkələrdə reqbi oynayır. Onlardan Sərxan Mərdanovun adını qeyd edərdim. O, Rusiyanın “Dinamo” klubunda çıxış edir. Bu cür təcrübəli və peşəkar idmançılar, şübhəsiz ki, millimizin oyununa güc qatacaq.

- Azərbaycanda reqbinin perspektivlərini necə görürsünüz? Nəzərə alaq ki, bu, bizə yad olan idman növüdür…

- Reqbi güc və iradə tələb etdiyindən azərbaycanlı idmançıların bunun öhdəsindən məharətlə gələcəyinə inanıram. Bizim birbaşa vəzifəmiz indiki reqbiçilər üçün maksimum şərait yaratmaqdır. Bunun qarşılığında nəticələrimiz daha da yüksək olacaq.

- Reqbinin təbliğatı məqsədi ilə hansı işlər nəzərdə tutulub?

- Reqbinin təbliğində PR və marketinq fəaliyyətinin rolu böyük olacaq. Bunun üçün müxtəlif yarışların və tədbirlərin təşkili, azarkeşlərin cəlb olunması, mediada bu idman növünün geniş işıqlandırılması və digər addımlar nəzərdə tutulub. Şübhəsiz ki, idman jurnalistlərinin fəaliyyəti, reqbini diqqət mərkəzində saxlaması bizim üçün bu yolda ən vacib rollardan birini oynayacaq.

- Azərbaycanda reqbi üzrə beynəlxalq turnirlərin təşkili gözlənilirmi?

- Federasiyanın təşkil edəcəyi yarışlar proqramında bir neçə beynəlxalq turnir də yer alır. Onların arasında böyüklər və yeniyetmələr arasında Zəfər Kubokunu qeyd edə bilərəm.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28191
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27056
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19901
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18187
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14756
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10194
Sabah 20 dərəcə isti olacaq
10115
May ayında Azərbaycana qar yağdı - VİDEO
9006
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8820
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8587
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
8501
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7528
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7211
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7140
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6781
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6640
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6599
Azərbaycan nefti ucuzlaşıb
6256
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6240