AZ

COVID görə tibb işçilərinin maaşına əlavənin müddəti artırıldı

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb.

Yenisabah.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, əməkhaqlarına əlavənin müddəti iyulun 1-dək uzadılıb.

Xatırladaq ki, bu müddət aprelin 2-dək nəzərdə tutulmuşdu.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
32
yenisabah.az

10Mənbələr