AZ

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Bu gün üçün dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 92,06 ABŞ dolları təşkil edib.

Neftin qiymətinin nəzərdə tutulandan daha yüksək qiymətə satılması ölkədə sosial sahədə yenidən artımların olacağı ehtimalını yaradıb.

İlin əvvəlində pensiya və maaşlarda artımları nəzərə alsaq, yenidən bu istiqamətdə artımların olacağı maraqla qarşılanır. Mövzu ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov BAKU.WS-ə bildirib ki, neftin qiyməti yüksək olduğu üçün may ayında yenidən dövlət büdcəsinə baxıla bilər:

"Biz dövlət büdcəsini 60 dollardan götürmüşük. Hazırda bu rəqəmlər daha çoxdur. Yəqin ki, may ayında dövlət büdcəsinə baxıla bilər. Bu dövrdə bir sıra sosial məsələlər, o cümlədən Qarabağda gedən quruculuq işləri ilə əlaqədar vəsaitlərin ayrılması nəzərdə tutula bilər.

Hesab edirəm ki, neftdən gələn gəlirlər yüksək olduğu üçün hardasa may ayında dövlət büdcəsinə yenidən baxıla bilər. Mümkündür ki, maaşlar, pensiyalar və bir sıra sosial müavinətlərlə bağlı məsələlər də gündəmdə olsun.

Eyni zamanda Vətən müharibəsində itirak etmiş şəxslərə ödənilən müavinətin artırılması da gündəmdə saxlanılır. Hələlik bu istiqamətdə ciddi irəliləyiş yoxdur. Yəqin ki, dövlət büdcəsinə baxılsa, bu məsələyə bir daha toxunacağıq".

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.

2024-cü il üçün icmal büdcənin gəlirləri isə 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır.
Seçilən
95
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25969
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25407
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18105
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
14736
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14162
Sabah 20 dərəcə isti olacaq
9401
May ayında Azərbaycana qar yağdı - VİDEO
8677
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8416
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8349
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7122
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7087
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6769
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
6452
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6367
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6325
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6319
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5932
Azərbaycan nefti ucuzlaşıb
5816
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5690