AZ

Etibar Məmmədovun oğlu SOCAR Türkiyə-də işə düzəlib?

Sosial şəbəkədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədovun oğlu Orxan Məmmədovun SOCAR Türkiyə şirkətində işə düzəlməsilə bağlı məlumatlar yayılıb.

Modern.az saytı yayılan məlumatların doğru olub-olmadığını öyrənmək üçün Etibar Məmmədovla əlaqə saxlayıb.

Saytımıza açıqlmasında partiya lideri sözügedən məlumatın həqiqət olduğunu təkzib edib.

"Orxanla bağlı deyilənlər həqiqəti əks etdirmir. O, SOCAR Türkiyə-də işləmir", - E.Məmmədov deyib.

Qeyd edək ki, Etibar Məmmədovun iki oğlu, bir qızı var. Onun böyük oğlu Orxan Məmmədovun uzun müddətdir biznes sahəsində fəaliyyət göstərdiyi bildirilir.

Seçilən
45
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq