- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Braziliyanın şimal-şərqində bir qayıqda 20-dək insanın cəsədi parçalanmış halda tapılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Braziliyanın Federal İctimai Nazirliyi məlumat yayıb.
Məlumata görə, qayıq aprelin 13-də Paranın şimal-şərqindəki Braqansa sahilində aşkarlanıb.
Rəsmilər qayıqda 20 cəsədin olduğunu bildirib, lakin qalıqların parçalanması səbəbindən qayıqda neçə nəfərin öldüyü məlum deyil.
Ölənlərin Karib hövzəsindən olduğu güman edilir.
Şəbnəm Mehdizadə