AZ

Kriştianu Ronaldu 2 oyunluq diskvalifikasiya ediləcək

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun kapitanı Kriştianu Ronaldu 2 oyunluq cəzalandırılacaq.
 
Buna portuqaliyalı ulduz futbolçunun ölkə kubokunun yarımfinalında qarşılaşdıqları “Əl-Hilal” ilə matçın 86-cı dəqiqəsində rəqibi dirsəklə vurması səbəb olub.
 
Qeyd edək ki, 39 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 37 oyunda 36 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Seçilən
21
4
Mənbələr
Şərh ()
Bağla