AZ

Ulduz aktrisanın psixoloji problemi yaranıb - Fotolar

Ulduz

Hollivud aktrisası, kino ulduzu Kemeron Diazın boşanmağa hazırlaşması barədə məlumat yayılıb.

Reyting.az
-ın xəbərinə görə, "New Magazine" nəşri yazır ki, son vaxtlar aktrisa psixoloji gərginlik yaşayır və depressiv durumu səbəbindən hətta belə bir çətin vəziyyətdə ailəsində söz-söhbət yaradan boşanma istəyini ortaya qoyub.

İkinci övladı da dünyaya gəldikdən sonra Kemeron Diaz əri ilə boşanma ərəfəsində olduğunu açıqlayıb.



Xatırladaq ki, kinoaktrisa, həm də məhşur model kimi tanınan Kemeron Diaz 1972-ci il, avqust ayının 30-da ABŞ-nin Kaliforniya ştatında, San Dieqo şəhərində doğulub. Aktrisanın səhnə həyatındakı ilk uğuru 1990-cı illərdə ekrana çıxan, Cim Kerri ilə tərəf-müqabil olduğu "Maska" filmindəki rolundan sonra başlayıb.

2014-cü ilin may ayında Kemeron Diazın musiqiçi Benci Maddenlə görüşdüyü məlum olub. Onlar 2015-ci ilin 5 yanvarında evləniblər. 30 dekabr 2019-cu ildə isə cütlüyün bir qız övladı dünyaya gəlib. 2024-cü ilin 23 martında isə Diaz və Madden oğulları Kardinalın dünyaya gəldiyini elan ediblər.

51 yaşlı Hollivud ulduzu Kemeron Diaz uzun illərdir ki, 45 yaşlı amerikalı musiqiçi Benci Madden ilə nikahda xoşbəxt olduğunu söyləyir. Bir çox cütlüklərdə olduğu kimi, onların da münasibətlərində böhranlı anlar olub, lakin cütlük həmişə anlaşılmazlıqları öz aralarında çözməyə çalışıblar. Kemeronla Benci məhz bu səbəbə görə tez-tez ailə terapevtinin qonağı olurlar.



"New Magazine" nəşrində dərc olunmuş məqalədə daha sonra yazılır: “Kameron Diaz bütün bunlara görə Hollivud karyerasını demək olar ki, dayandırdı və nadir hallarda öz psixi sağlamlığına diqqət yetirmək üçün çəkilişlərə getməyi öhdəsinə götürdü. O uzun illərdir ki, qəbul etdiyi terapiyaya böyük ümidlə inanır. Aktrisa dostlarına əri ilə birlikdə məsləhətləşməyə getdiyini, bu, ünsiyyəti rahat saxlamağa və problemləri ciddiləşməzdən əvvəl həll etməyə köməklik göstərdiyini söyləyib. Aktrisa ərinin də terapiyaya getməsindən məmnundur”.

Ailə hazırda Montecito adlanan kiçik şəhərdə yaşayır. Hollivud ulduzu deyir ki, bu sakit şəhərə səs-küyünün olmaması üçün aşiqdir. Nəşrin yazdığı kimi, indi Kemeron Diaz və Benci Madden onlar üçün asan dövr olmasa da xoşbəxt illərini yaşadıqlarını söyləyiblər.



"New Magazine" nəşrində qeyd olunur ki, cütlük ailədəki problemlərin həlli yolunu tapa bilər. Cütlüyün uşaqlarının tərbiyəsi, görünüşü həm də həyat yoldaşları arasındakı zərif münasibətlərin gücünün bir sınağıdır. Bu səbəbdən uşaqların dayələrinin olmasına baxmayaraq, bəzən valideynlərin əsəbləri tarıma çəkilir. Cütlük bunu yaxşı başa düşür və xüsusilə də Diazın cəhdi ilə öz evliliklərini xilas etməyə çalışırlar.

K. Diaz bir müddət öncə mediada səsləndirdiyi boşanma ilə bağlı iddiaları barədə etiraf edib ki, o ailəsini çox sevir, lakin gərgin psixoloji duruma düşdüyünə görə tələskənliyə yol verib.

Oqtay QORÇU
Seçilən
73
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26747
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26374
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18131
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17182
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14421
Sabah 20 dərəcə isti olacaq
9693
May ayında Azərbaycana qar yağdı - VİDEO
8829
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8598
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8492
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8414
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7237
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7144
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6963
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6916
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6601
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6490
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6444
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6038
Azərbaycan nefti ucuzlaşıb
5996
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5871