AZ

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Artıq 5 ayadır ki, Ukrayna pilotsuz uçan aparatlarla (PUA) Rusiyanın neft emalı zavodlarını (NEZ) bombalayaraq iqtisadiyyatına hiss olunacaq dərəcədə ziyan vurur.

“İki sahil” “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Kamala Haris Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon söhbətində deyib: “Rusiyanın neft emalı zavodlarına vurulan zərbələr yaxın günlərdə dünya bazarında neftin qiymətinin yüksəlməsinə səbəb olacaq ki, bu da seçkilər ilində Prezident Cozef Baydenin maraqlarına uyğun deyil”.

Bildiyimiz kimi cari ilin noyabrında ABŞ-da prezident seçkiləri keçiriləcək və hazırkı Prezident C. Bayden ikinci müddətə prezident seçilmək istəyir. Seçkilər ərəfəsində dünya bazarında o cümlədən ABŞ-da yanacağın qiymətinin artması C. Baydenə böyük problem yaradır.

“Reuters” agentliyinin məlumatına əsasən Rusiyanın Samara, Sızran, Ryazan, Kuybışev, Volqoqrad şəhərlərindəki və Tatarıstandakı NEZ-na endirilən zərbələr nəticəsində neft emalı 14 faiz azalıb ki, bu da Rusiyanın özündə benzinin qiymətinin artmasına səbəb olub. Rusiyanın 7 böyük NEZ-nə əsaslı zərər vurulub və neft emalı 123 min 800 tondan 90 min 500 tona düşüb.

Rusiya Statistika İdarəsinin məlumatına görə, Ukrayna PUA-larının zərbələri 10,1 faiz benzin, 4 faiz dizel yanacağının azalmasına səbəb olub.

Lakin Beynəlxalq Enerji Agentliyi Rusiyanın benzin və dizel yanacağı istehsalının göstərilən rəqəmlərdən 2 dəfə artıq azaldığını bildirib və qeyd edib ki, bu, dünya bazarında neft məhsullarının qiymətinə təsir göstərəcək. Agentliyin hesablamasına görə qadağalara baxmayaraq Rusiyanın dünya bazarına ixrac etdiyi neftin həcmi 20 faiz (2 milyard dollar) azalıb.

ABŞ Dövlət katibi Antoni Blinkenin də xəbərdarlığına baxmayaraq Ukrayna imkanı daxılındə PUA-larla Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyə davam edəcək. ABŞ Konqresi də hələ ki, Ukraynaya 60 milyard dollar həcmində hərbi yardımın verilməsini təsdiqləmir.

Hələlik dünya bazarında “Brent” markalı neftin qiyməti təxminən 90 dollar, WTI və “Urals” markalı neftin qiyməti 85 dollar ətrafındadır. Az olmasına baxmayaraq dünya bazarında neftin qiymətində artım müşahidə edilir.

Seçilən
87
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25894
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25074
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18097
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
14125
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14105
Sabah 20 dərəcə isti olacaq
9354
May ayında Azərbaycana qar yağdı - VİDEO
8656
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8408
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8315
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7119
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7069
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6719
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6331
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6296
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6294
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5906
Azərbaycan nefti ucuzlaşıb
5790
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5626
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5593