AZ

“Atletiko” Qrizmanla bağlı qərar verdi

"Atletiko" Antuan Qrizmannın gələcəyi ilə bağlı qərar verib. 

Bizim.Media xəbər verir ki, fransalı hücumçu daha bir neçə ilə Madrid təmsilçisində qalacaq. Bu barədə "Relevo" nəşri məlumat yayıb. 

Klub rəhbərliyi 33 yaşlı forvardın 2026-cı ilin yayında başa çatan müqaviləsinin müddətini artıracaq. Artıe tərəflər arasında yeni sözləşmə ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm "Atletiko"nun heyətində meydana çıxdığı 41 rəsmi matçda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Seçilən
80
3
Mənbələr
Şərh ()
Bağla