AZ

"Hər şey plan üzrə gedir": İranın hücumu Rafahla bağlı danışıqlara təsir etməyəcək

"Netanyahu İsrail hakimiyyətinin Qəzza bölgəsində müharibəsində əvvəlcədən elan etdiyi vəzifələrin icrasına sadiq qalır..."
 
İranın İsrail ərazisinə zərbəsi Amerika administrasiyası ilə yəhudi dövləti rəhbərliyi arasında Rafahda mümkün əməliyyatla bağlı danışıqların gedişinə təsir göstərməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə İranın hücumu ilə əlaqədar olaraq təşkil edilən telefon brifinqində ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi məlumat verib. Məlumatı "tass.ru" nəşri yayıb.
 
Onun sözlərinə görə, ABŞ  İsrail ilə Rafah ətrafında vəziyyətin müzakirəsi "prosesindədir", lakin müzakirə Misirin mövqeyi və şəhərdə əhalinin məskunlaşma sıxlığı səbəbindən" çətinləşir.
 
"Bu proses iki həftə öncə başlanılıb, - məmur qeyd edib. - Aydındır ki, vəziyyət bir qədər uzanıb, lakin biz artıq gələn həftə bunu davam etdirməyə bel bağlayırıq".
 
"Bir məsələnin digərinə təsir edəcəyi ilə bağlı suala cavabında o, deyib ki, əgər nəsə baş veribsə, bu yalnız diqqətin daha kəskin təhlükəyə yönəlməsidir", - o, davam edib və qeyd edib ki, ABŞ və İsrail HƏMAS terrorçuları tərəfindən saxlanılan girovlarla bağlı vəziyyətin müzakirəsinə dönəcək.
 
Bu ərəfədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CBS teleşirkətinin efirində bəyan edib ki, ABŞ və İsrail işçi səviyyədə İsrail hərbçilərinin Rafahda mümkün əməliyyatının müzakirəsi üçün təmasdadır.
 
"Biz İsrail həmkarlarımızla yaxın günlərdə keçiriləcək geniş müzakirəni gözləyirik", - Kirbi qeyd edib.
 
Bundan öncə məlumat verilib ki, aprelin 7-də İsrail baş naziri növbəti dəfə İsrail hakimiyyətinin "mütləq qələbə qazanmaq, girovları azad etmək və HƏMAS-ın bütün Qəzza bölgəsi ərazisində, o cümlədən Rafahda məhvini başa çatdırmaq, bununla da Qəzzanın daha heç vaxt İsrail üçün təhlükə törətməyəcəyinə zəmanət vermək" niyyətində olduğunu təsdiq edib.
Seçilən
181
9
Mənbələr
Şərh ()
Bağla