AZ

"Birader"də dava düşdü, müştəri polisin işinə mane oldu - Saxlanıldı

Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən "Birader Pub & Resraurant"a dava düşüb. 

Qayanrinfo-nun məlumatına görə, "102 Zəng Xidməti"nə daxil olmuş məlumat əsasında polis əməkdaşları hadisə yerinə gedib. 

Polis əməkdaşları hadisə yerinə çatandan sonra restoranda quraşdırılmış videokameraların görüntülərinə baxmaq istəyərkən müştəri qismində orda olan Cabir Həsənov (ad-soyad-şərti) onların işinə mane olmağa başlayıb. Onun sərxoş olduğunu görən polis əməkdaşları intizama dəvət edib, polisin işinə mane olmamağa çağırsalar da, həmin şəxs sakitləşməyib və əksinə, polislərə tabesizlik göstərməyə davam edib. 

1997-ci ildə Ağcabədi rayonunda doğulmuş Cabir Həsənov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Cabir Həsənov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və 10 gün müddətə inzibati qaydada həbs edilib.

Əhməd
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
11
qaynarinfo.az

10Mənbələr