AZ

Ukrayna XİN başçısı Rusiyaya hücumlarla bağlı ABŞ-nin tənqidinə cavab verib

Bakı. Trend:

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyada neft emalızavodlarına hücumlarla dünyada energetika sahəsindəki vəziyyətarasında səbəb-nəticə əlaqəsi görmədiyini bildirib.

Trend xəbərverir ki, Ukrayna XİN rəhbəri bu barədə milli telemarafonunefirində Pentaqon rəhbəri Lloyd Ostinin açıqlamalarına cavab olaraqdeyib.

Kulebanın sözlərinə görə, Rusiyada neft emalı zavodlarında (NEZ)partlayış və yanğınlar dünya enerji bazarına deyil, yalnız Rusiyabazarına təsir göstərə bilər.

Xatırladaq ki, bu yaxınlarda Ukrayna prezidenti VolodimirZelenski ABŞ-nin Rusiyadakı neft emalı zavoduna PUA hücumlarınareaksiyasının müsbət olmadığını bildirib.

"Biz öz PUA-larımızdan istifadə etdik. Heç kim bizə bunu edəbilməyəcəyimizi deyə bilməz", - deyə Zelenski əlavə edib.

Ukrayna prezidenti PUA hücumlarının Rusiyanın Ukraynanın enerjiinfrastrukturuna zərbələrinə cavab olduğunu bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
6
az.trend.az

5Mənbələr