AZ

Bill Qeyts süni intellektdən qorxduğunu açıqlayıb

Bill Qeytsin “YouTube”da paylaşılan “Unconfuse Me with Bill Gates” podkastının qonağı olan  “OpenAI” CEO-su Sam Altman ilə söhbətləri yenidən gündəmə gəlib.
İndex.az xəbər verir ki, 3 ay əvvəl yayımlanan bölümün hissələrində “Microsoft”un qurucusu Bill Qeyts 2024-cü ilin süni intellekt ili olacağını ifadə edərək, süni intellektdəki irəliləyişlərin onu qorxutduğunu da açıq şəkildə ifadə etdi.
Qeytsin ötən ilin sonunda dərc etdiyi məqalədə o, getdikcə daha çox insanın süni intellekt modellərindən istifadə etməyə başladığını və onları öz işlərinə daxil etdiyini bildirib.
“Süni intellekt işimizi alacaqmı?” sualı həyatda tez-tez müzakirə olunan məsələdir. Bu sual, görünür, Bill Qeytsi də şübhələndirir. Sam Altmanla söhbət edərkən o, süni intellektin onun işini əlindən alacağından narahatlığını da ifadə edib.

Seçilən
99
37
Mənbələr
Şərh ()
Bağla