AZ

Ukrayna  İsrail-İran müharibəsi meydanına çevrilir?

"Bəzi respublikaçılar Ukraynaya yardım haqqında qanun layihəsinin dərhal qəbuluna çağırış edib..."
 
"Demokratlar Ukraynaya yardımın lehinə səs vermək üçün spiker Mayk Consona təzyiq edir..."
 
ABŞ Nümayəndələr Palatasının rəhbərliyi məlumat verib ki, gələn həftə İranın zərbələri səbəbindən İsrailə yardımın lehinə səs verəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından çoxluğun lideri Stiv Skalis bəyan edib. Məlumatı "Politico" nəşri yayıb.
 
"İranın İsrailə haqsız hücumu ilə bağlı Nümayəndələr Palatası gələn həftə əvvəlcədən elan edilən qanunvericilik qrafikindən geri çəkilərək
bunun əvəzinə müttəfiqimiz İsrailə dəstək verən, İranı və onun əlaltılarını məsuliyyətə cəlb edən qanunvericiliyi nəzərdən kelçirəcək", - Skalis qeyd edib.
 
Nəşr əlavə edib ki, bu bəyanatdan Nümayəndələr Palatasının hansı qanunvericiliyə səs verəcəyi aydın olmur. Çünki Senatın İsrailin Ukrayna və Tayvana yardımın köməyilə maliyyələşdirməni birləşdirən hərbi yardım paketinə də səs verməlidir. Skalisin sözlərinə görə, bunun detalları sonradan təqdim ediləcək.
 
Eyni zamanda respublikaçıların liderləri İranın hücumundan sonra hərbi yardım paketinin qəbul edilməsi üzrə getdikcə artan ikipartiyalı təzliqlə üzləşir.
 
Senatda azlığın lideri Mitç Makkonell vurğulayıb ki, Nümayəndələr Palatası Senat tərəfindən qəbul edilən xarici yardım paketini qəbul edib və bəyan edib ki, bu, İsrail üçün "kritik vacib resursları", Ukrayna üçün "lənğidilmiş ölümcül silah yardımını" və Tayvana yardımı təmin edəcək".
 
"Baş Komandan və Konqres bizim əsas öhdəliklərimizi icra etməlidir. Uğursuzluqların nəticələri aydındır və onlardan yan keçmək olar", - Makkonell deyib.
 
Öz növbəsində Nümayəndələr Palatasında bəzi respublikaçılar iddia edib ki, ABŞ müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün İsrailə yardım göstərilməsini sürətləndirməlidir.
 
Lakin demokratlar Makkonelliyə dəstək verib və spiker Mayk Consona onun həm də Ukraynaya yardım daxil edilən paket üzrə səsvermə keçirməsi üçün təzyiq göstərməkdə davam edib. Bu yardım paketi Senatdan keçəndən sonra iki ay ərzində bloklanıb.
Seçilən
186
26
Mənbələr
Şərh ()
Bağla