Beynəlxalq Valyuta Fondu (BVF) 3 milyard dollarlıq ümumi kredit xəttindən Qanaya 360 milyon dollar məbləğində növbəti tranşın ayrılmasını təsdiqləyib.Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Qananın "Pulse" portalı xəbər yayıb.Portal qeyd edib ki, yeni tranşın verilməsi Afrika ölkəsinin islahat proqramının həyata keçirilməsində irəliləyişini qiymətləndirən BVF işçi qrupunun aprelin 2-dən 12-dək Qanaya səfərindən sonra həyata keçirilib. BVF-nin mütəxəssisləri bildiriblər ki, Qana səlahiyyətliləri “daha güclü və daha inklüziv inkişaf üçün zəmin yaratmaqla yanaşı, makroiqtisadi sabitliyi və borc dayanıqlığını bərpa etmək üçün” tədbirlər görür.2023-cü ilin yazında BVF və Qana üç il müddətinə qüvvədə olacaq 3 milyard dollarlıq kredit xətti haqqında razılığa gəliblər. Qana artıq bu məbləğdən 1,5 milyard dollar alıb.Ötən ilin yanvarında Qana rəsmi kreditorları ilə 5,4 milyard dollarlıq borcunu restrukturizasiya etmək barədə razılığa gəlib.