AZ

Tbilisidə etiraz aksiyası keçirilir

Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Tbilisidəki qərargahı qarşısında etiraz aksiyası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan Mühafizəkarlar Hərəkatı/Alt-İnfo partiyasının minlərlə üzvü və tərəfdarı Gürcüstanın Milli Dövlət Reyestr Agentliyinin partiyanın qeydiyyatını ləğv etmək qərarına etiraz edirlər.

Xatırladaq ki, daha əvvəl Agentlik bu qərarı partiyanın qurultayında qəbul olunmuş nizamnamənin dövlət reyestrinə təqdim edilməməsi ilə izah edib.

Hazırda nümayişin keçirildiyi əraziyə polis qüvvələri səfərbər edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
50
qafqazinfo.az

10Mənbələr