AZ

Bazar günü 25° isti olacaq

Aprelin 14-də gözlənilən hava şəraiti açıqlanıb.




Milli Hidrometeorologiya Xidmətindən “Yeni Gunden”ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Şimşək çaxacağı, dolu düşəcəyi, axşam ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
274
49
yenigundem.az

10Mənbələr