AZ

Aleksandr Sırski: “Şərq cəbhəsində vəziyyət daha da gərginləşib”


“Son günlər şərq cəbhəsində vəziyyət daha da gərginləşib və Rusiya qoşunları hücumları intensivləşdirib”.
Yeniavaz.com
xəbər verir ki, bunu  Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Telegram kanalında bildirib.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı qeyd edib ki, Rusiyada keçirilən prezident seçkilərindən sonra rus qoşunlarının hücum hərəkətləri intensivləşib: “Düşmən zirehli texnikanın dəstəyi Liman və Baxmut istiqamətlərində mövqelərimizə aktiv şəkildə hücum edir. Pokrovski istiqamətində onlarla tank və piyada döyüş maşınlarından istifadə edərək müdafiəmizi yarmağa çalışırlar”.
Onun sözlərinə görə, quru hava cəbhədə zirehli texnikanın istifadəsinə şərait yaradır: “Əhəmiyyətli itkilərə baxmayaraq, düşmən zirehli texnikalarda yeni birləşmələrdən istifadə etməklə səylərini artırır və bunun sayəsində vaxtaşırı taktiki uğur qazanır”.
 
Seçilən
164
48
Mənbələr
Şərh ()
Bağla