AZ

Futbolçunu stadionun yanından tutub cəbhəyə aparıblar: Elə bir şərt qoyublar ki...

Ukraynanın “İnqulets”, “Çayka” və digər klublarının keçmiş futbolçusu Nikolay Stetsenko hansı şəraitdə Ukrayna Silahlı Qüvvələrinin (AFU) sıralarına düşdüyünü açıqlayıb.

Publika.az xəbər verir ki, 28 yaşlı Stetsenko karyerasını Odessanın "Real Farma" komandasında davam etdirməyi planlaşdırırdı. Lakin yarımmüdafiəçi müqavilə imzalamalı olduğu stadiona gedərkən TTK nümayəndələri ilə qarşılaşıb.

“TTK nümayəndələri düz küçədə mənə yaxınlaşıb nəzakətlə onlarla hərbi komissarlığa getməyimi istədilər, amma məni oradan buraxmadılar. Tibbi müayinədən keçdim və iki gündən sonra təlimə göndərildim. Onlar məni aparanda stadiona bir kilometr qalmışdı”, - “Ukrayna Futbolu” Stetsenkonun sözlərindən sitat gətirib.

Stetsenko bildirib ki, TTK onu azad edə bilərdi, lakin onlar qeyri-real şərt qoyublar.

“Real Farma” nümayəndələri mənə kömək etmək və onları mənim futbol oynamaqla daha çox fayda gətirəcəyimə inandırmaq istəyirdilər, xüsusən də xidmət etmədiyim üçün. Lakin sonradan rüşvət alarkən yaxalanan və bir ay sonra işdən qovulan Malinovski RTŞ-nin hərbi komissarı Vyaçeslav Kuşnerov fantastik şərt qoyub. Dedi ki, dörd pikap al, sonra məni buraxacaqlar. Onların qiyməti 20 min dollardan çoxdur. Bu məbləğ mənim və klub üçün əlçatmaz idi. Mənim əlimdə “Çayka” ilə müqaviləm var idi, amma bu da kömək etmədi. Beləcə, xidmətə girdim.

Seçilən
163
1
Mənbələr
Şərh ()
Bağla