AZ

DSMF-nin xərcləri artdı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin üç ayında proqnozla müqayisədə 7 faiz və ya 108 mln. manat çox olmaqla 1 mlrd. 673 mln. manat təşkil edib.

Bu barədə KONKRET.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 9 faiz və ya 104 mln. manat artaraq 1 mlrd. 318 mln. manat olub.

“Cari ilin ilk rübündə DSMF-nin xərcləri 1 mlrd. 701 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 207 mln. manat çoxdur”, – deyə məlumatda qeyd edilib.

Seçilən
170
21
1

1Mənbələr

Şərh ()
Bağla