AZ

Nazirdən kanat yolunda baş verən qəza ilə bağlı AÇIQLAMA

Türkiyənin Antalya vilayətində kanat yolunda qalmış insanların xilas edilməsi əməliyyatı davam etdirilir.

Gundem.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında yazıb.





Nazir bildirib ki, strukturun dayaqlarından birinin uçması nəticəsində kanatda qalmış 184 nəfərdən 98-ni xilas etmək mümkün olub.

Xilasetmə əməliyyatlarına 7 helikopter və 542 xilasedici cəlb olunub.

Xatırladaq ki, qəza nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
13
gundem.az

10Mənbələr

Şərh ()
Bağla