AZ

İran İsraillə açıq müharibəyə getməyəcək - Rusiyalı politoloq

“Tehran hələ də proksi qüvvələrlə vuruşmağa üstünlük verir. Ona görə də İranın İsraillə birbaşa toqquşmasını gözləmək yersizdir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyalı politoloq Yevgeniya Voyko “Sputnik” radiosuna müsahibəsində deyib. 

O bildirib ki, İran hələ də İsraili qorxutmaq üçün ənənəvi variantlarından istifadə edir:

“Dünən Livan ərazisindən İsrailə edilən hücumlar buna əyani sübutdur. Bu, Tehran üçün tanış strategiyadır. Birbaşa zərbə endirmək istəyi olmayanda İran ona sadiq qüvvələri, məsələn, “Hizbullah”ı işə salır. Yəqin ki, İran bu taktika ilə də davam edəcək”.

Surxay Atakişiyev, Bizim.Media
 

Seçilən
164
19
Mənbələr
Şərh ()
Bağla