AZ

Ruslar Boqdanovkanı tutdu, indi Çasovoy Yara doğru irəliləyirlər - "DeepState"

Donetsk vilayətindəki rus qoşunları Boqdanovka kəndini işğal edərək Çasovoy Yar, Novokalinovo və Tonenkoyeyə doğru irəliləyib. 

Qaynarinfo xəbər verir ki, "DeepState" analitikləri rusların irəliləməsi barədə "Telegram"da məlumat yayıb.

"Baxmut bölməsi - düşmən Vyemka bölgəsinə hücum edir, bu gün kəndin bir hissəsini düşməndən geri almaq üçün uğursuz cəhdin videosu ortaya çıxdı. Onlar Çasovoy Yar üzərinə hücuma davam edir”, - mesajda deyilir.

Eyni zamanda, İvanovskoyedə vəziyyət sabitdir, düşmən kəndə tam nəzarət etmir.

Bundan əlavə, analitiklərin məlumatına görə, rus qoşunları Novokalinovo yaxınlığındakı dəmir yolu ərazisinə hücum edərək 2 tank, naməlum sayda piyada döyüş maşını və piyada dəstəyi ilə taktiki uğur qazanıblar. Düşmən Berdiçev və Semyonovka ərazilərinə də basqın edib, lakin heç bir nəticə əldə etməyib.

Düşmənin Netailovo və Umanskoye hücumları davam edir, düşmən bu kəndlərə yaxınlaşmağa müvəffəq olub. Georgiyevka, Novomixaylovka və Krasnoqorovkada şiddətli döyüşlər davam edir. Vuqledarın cənub-şərqində aktiv döyüşlər yenidən başlayıb.

"Ümumiyyətlə, Donetsk istiqamətində vəziyyət çox çətin olaraq qalır, lakin bu vəziyyət Çasovoy Yardakı hadisələr fonunda daha sabit görünür. Düşmən Çasovoy Yar uğrunda döyüş üçün ehtiyat toplayır. Qarşıdakı həftələr çoxlu xoşagəlməz və çətin xəbərlər gələcək”, - analitiklər yekunlaşdırır.

Alpər
Seçilən
143
13
Mənbələr
Şərh ()
Bağla