Azərbaycanın bədii gimnastı Mədinə Abbaslı Qırğız Respublikasında keçirilən “Kelechek” adlı beynəlxalq turnirdə uğurlu çıxış edib.
Azərbaycan Gimnastika Federasiyasından “İki sahil”ə verilən məlumata görə, idmançımız çoxnövçülükdə qızıl medal qazanıb.