AZ

Futbolu belə oynayır: Tbilisinin küçələrində olduğu kimi

Futbol mənim üçün hər şeydir.

Publika.az “Calciomercato”ya istinadən xəbər verir ki, bunu “Napoli” klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya futbola münasibətindən danışarkən deyib.

Onun sözlərinə görə, futbol onun həyatıdır, buna şübhə də etmir:

"Uşaq vaxtı dostlarımla küçədə çox oynayırdım. Bunu məşqdən sonra da edirdim. Beləliklə, futbolda ilk addımlarımı küçələrdə atdım. Düşünürəm ki, bu, mənim oyun tərzimdə özünü göstərir.

Küçə futbolunda tez-tez topa sahib olursunuz. İndi böyük meydanlarda və minlərlə azarkeşin olduğu stadionlarda oynayanda, hələ də uşaq vaxtı Tbilisi küçələrində olduğum kimi davranmağa çalışıram. Məni futbolçu kimi yetişdirən, ilham aldığım küçələr oldu. 8 yaşımda əsl klubda oynamağa başladım, 11 yaşımda isə Tbilisi “Dinamo”sunun akademiyasına daxil oldum. Mən orada beş il keçirdim, bu, əla akademiyadır. Həmin klubda hər kəs mənə çox kömək etdi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
29
publika.az

10Mənbələr